Maqazin 13:03 12.02.2024

Rəqqasə Fatimə həbs edilə bilər -  Vəkil açıqladı

"Fatimə Fətəliyeva Nazilə Səfərlidən üzr istəməsə, məsuliyyətə cəlb olunacaq. Məhkəmə qərarlarının icrası məcburidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Nazilə Səfərlinin vəkili Fuad Bədəlov deyib. Vəkilin sözlərinə görə, qanunu pozan şəxs ilk növbədə inzibati, daha sonra isə cinayət məsuliyyəti daşıyır:

"Əgər Fatimə üzr istəməsə, onu ilkin olaraq inzibati məsuliyyət gözləyir. Bu da 500 manatdan 1000 manatadək cərimə və yaxud inzibati həbsi ehtiva edir. Daha sonra isə ona Cinayət Məcələsinin 306-cı maddəsi şamil edilər bilər".

Qeyd edək ki, Cinayət Məcələsinin 306-cı maddəsində 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılması nəzərdə tutulur. 

Xatırladaq ki, rəqqasə Fatimə Fətəliyeva ilə şairə Nazilə Səfərli arasında qalmaqal davam edir. Nazilə Səfərli Fatimə Fətəliyevanın məhkəmə qərarını icra etməməsi ilə bağlı yenidən şikayət edib. 

Nazilə Səfərli Fatimə Fətəliyevanı "şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi, mənəvi zərərin ödənilməsi" tələbi ilə məhkəməyə verib. İşə Nərimanov Rayon Məhkəməsində baxılab. Nazilə Səfərlinin iddiası təmin edilib. Lakin Fatimə Fətəliyeva məhkəmə qərarını icra etməkdən boyun qaçırıb. 

Bahar Rüstəmli