Xəbər lenti

İdman 23:00 20.12.2022

Rəşad Sadıqov “Zirə”nin futbolçusu ilə mübahisə etdi

"Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov futbolçusu Rəhim Sadıxovla mübahisə edib.

"Report”un məlumatına görə, hadisə "Neftçi”yə əlavə vaxtda 1:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda baş verib.

110-cu dəqiqədə "qartallar”ın oyunçusu Hamidu Keyta penaltidən yararlana bilməyib. Bundan əvvəl onun komanda yoldaşı Sadıxov 11 metrlik zərbəni yerinə yetirmək istədiyi üçün əsəbiləşib. Boşa verilən penaltidən sonra 40 yaşlı mütəxəssis Azərbaycan millisinin üzvünü əvəzləyib.

Rəşad Sadıqov matçdan sonra təşkil olunan mətbuat konfransında oyunçunu buna görə meydandan çıxardığını söyləyib.

Baş məşqçi "klub daxilində futbolçuya cəza veriləcəkmi”, - sualını bu cür cavablandırıb: "Bu barədə düşünəcəyik. İsti-isti cavab vermək istəmirəm”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->