Siyasət 13:45 28.07.2023

Reyster problemi ilə AMİP də üzləşdi (AÇIQLAMA)

Ədliyyə Nazirliyi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) reyestr məlumatlarının yoxlanılmasını başa çatdırıb və partiyaya bununla bağlı məktub ünvanlayıb. 

Bu barədə Qaynarinfo-ya AMİP sədrinin Beynəlxalq Məsələlər üzrə müavini Elşən Mustafayev məlumat verib. 

Ədliyyə Nazirliyinin təqdim etdiyi məktubdan məlum olur ki, 65 rayon ərazisindən təqdim olunan 7212 partiya üzvü haqqında məlumatların yoxlanılması zamanı texniki səbəblərlə adları təkrar olunan, AMİP üzvü olmadığını bildirən, vəfat edən və adları başqa partiyaların təqdim etdiyi siyahılarla üst-üstə düşən şəxslərin ümumi sayı təqribən 1000 nəfər olub, 3000-dən artıq şəxsin isə reyestr məlumatlarında dəqiqləşdirmələrin (ad, soyad, ata adı, təvəllüd) aparılması zəruri hesab edilib. 

"Ancaq bu heç də yalnız yerdə qalan 3200-ə yaxın üzvün AMİP üzvlüyünü təsdiqlədiyi anlamına gəlməməlidir. Belə ki, reyestr məlumatların dəqiqləşdirilməsi tələb olunan şəxslərin də əksəriyyəti partiya üzvü olduğunu təsdiqləyib. Reyest məlumatlarında dəqiqləşmələr aprılacaq, partiya üzvlərinin sayının AMİP-in reyest məlumatlarının təsdiqi üçün yetərli olacağını nəzərə alaraq, partiya rəhbərliyi tərəfindən üzvlüyünü təsdiqləməyən şəxslərlə bağlı araşdırmanın sonraya saxlanılması məqbul hesab edilib. Müvafiq düzəlişlər və dəqiqləşmələr aparıldıqdan sonra reyestr məlumatların təsdiqi üçün siyahı Ədliyyə Nazirliyinə təqdim olunacaq".

Bahar Rüstəmli