Dünya 12:47 29.11.2022

Rişi Sunak: “Sadəlövh islahatlar ideyası” başa çatdı, "qızıl dövr" bitdi

Britaniyanın baş naziri Rişi Sunak deyib ki, "ticarətin sosial və siyasi islahatlara səbəb olacağına dair sadəlövh fikir”in hakim olduğu  "qızıl dövr” başa çatıb.

Qaynarinfo Rosbalt-a istinadən xəbər verir ki, siyasətçi Britaniyanın Çinə yeni yanaşmaya ehtiyacı olduğunu vurğulayıb. Onun fikrincə, krallıq opponentləri "əzəmətli ritorika ilə deyil, möhkəm praqmatizmlə” qarşı-qarşıya qoymalıdır.
 
Sunak Çinin "dövlət hakimiyyətinin bütün rıçaqlarından istifadə edərək qlobal təsir üçün qəsdən rəqabət apardığını" və onun siyasətinin indi İngiltərənin dəyərlərinə və maraqlarına qarşı "sistemli bir çağırış" olduğunu və Çinin avtoritarizmə doğru irəliləməsiylə bu daha da kəskinləşən bir problem olduğuna diqqət çəkib.

Eyni zamanda, London Pekinin dünya işlərində çəkisini görməzlikdən gələ bilməz, Sunak vurğulayıb ki, bunu ABŞ, Yaponiya, Avstraliya, Kanada və digər ölkələrdə də başa düşürlər. O, "soyuq müharibə arqumentlərindən və ya keçmişlə bağlı adi sentimentallıqdan" asılı olmayaraq, "uzunmüddətli yanaşma" saxlamaq lazım olduğunu deyib.

Böyük Britaniyanın baş naziri həmçinin Ukraynanı lazım olan qədər dəstəkləyəcəyini, hətta gələn il Kiyevə dəstəyi artıracağını vəd edib. "Və biz hava hücumundan müdafiə üçün yeni dəstək verəcəyik", - o, əlavə edib.
 
Alpər