Xəbər lenti

Ekonomiks 14:56 24.11.2023

Rita Ömərovaya yeni vəzifə verildi (FOTO)

Tanınmış aparıcı, jurnalist Rita Ömərova yeni vəzifəyə təyin edilib.

O, bundan sonra "Rabitəbank”ın İctimaiyyətlə əlaqələr üzrə meneceri kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Ömərova ANS TV-də aparıcı, sonra isə ANS-in Amerika Birləşmiş Ştatlarında Müxbir Məntəqəsinin rəhbəri olub. Həmçinn marketinq və İсtimaiyyətlə əlaqələr sahəsində Azərbaycanın bir sıra qabaqcıl şirkətlərində, o cümlədən "NAR Mobile"da fəaliyyət göstərib.