İdman 17:16 17.10.2023

Ronaldo 2023-cü ilin bombardiri siyahısında birinci yeri tutur

Portuqaliya millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovina yığmasını 5:0 hesabı ilə məğlub edib. Hücumçu Kriştiano Ronaldo bu matçda dubla imza atıb.

Qaynarinfo xəbər verir ki, Ronaldo 2023-cü ildə "Əl-Nassr" və Portuqaliya millisinin heyətində 40 qol vurub. Beləliklə, portuqaliyalı bu il vurulan qollara görə liderdir.

O, hesabında 39 qol olan "Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haalandı ötüb. İlk "üçlüy"ü 2023-cü ildə 35 qol vuran PSJ-nin fransız hücumçusu Kilian Mbappe tamamlayır.

Qeyd edək ki, Ronaldo klub karyerası ərzində bütün turnirlərdə 979 oyun keçirib, 726 qol vurub və 231 məhsuldar ötürmə edib. Portuqaliya millisinin heyətində 202 dəfə meydana daxil olan futbolçu 125 qola imza atıb və 44 məhsuldar ötürmə ilə yadda qalıb.

Aydın