Xəbər lenti

İdman 09:38 18.07.2023

Ronaldo: "Yuventus"a keçəndə İtaliya çempionatı ölmüşdü"

Səudiyyə Ərəbistanının "Əl-Nasr” klubunun hücumçusu Kriştiano Ronaldo "Yuventus”a keçməzdən əvvəl İtaliya A Seriyasının "ölü vəziyyətdə” olduğunu deyib. 

Qaynarinfo xəbər verir ki, portuqaliyalı ulduzun sözlərini məşhur futbol jurnalisti Fabrizio Romano paylaşıb.

"Mən "Yuventus”a keçəndə A Seriyası ölmüşdü və müqaviləni imzaladıqdan sonra yenidən doğuldu. Kriştiano hara gedirsə, böyük maraq doğurur”, deyə Ronaldo bildirib.

Ronaldo 2017-2021-ci illərdə "Yuventus”da çıxış edib, sonra "Mançester Yunayted”ə keçib. O, "Mançester Yunayted”dən ayrıldıqdan sonra "Əl-Nəsr”ə keçib. Klubla müqaviləyə əsasən, futbolçu ildə 200 milyon avro alır.

Hücumçu ötən mövsüm bütün turnirlərdə 19 oyuna çıxıb, 14 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun komandası "Əl-İttihad"dan 5 xal geri qalaraq, liqa cədvəlini ikinci yerdə tamamlayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?