İdman 15:11 24.03.2023

Ronaldodan bir oyunda iki rekord

AVRO-2024-ün seçmə mərhələsinin ilk oyununda Portuqaliya Lixtenşteyni 4:0 hesabı ilə məğlub edib.

Qaynarinfo xəbər verir ki, sözügedən qarşılaşmada meydana çıxan Kriştiano Ronaldo milli komandalar tarixində iki rekordla yadda qalıb. Superulduz 197-ci dəfə milli formanı geyinib. Bu həm də milli komandaların tarixində rekord hesab olunur. 

Bununla yanaşı, 38 yaşlı hücumçu həm də milli forma altında 100-cü qolunu vurub. O, millinin heyətində rəsmi oyunlarda 100 qol vuran ilk futbolçu olub.

Səbuhi Həsənov