Xəbər lenti

İdman 17:27 09.02.2024

Ronaldodan "Əl-Hilal" azarkeşlərinə: "Mən buradayam, Messi yox"

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo "Əl-Hilal" azarkeşlərinin mövsümün Ər-Riyad Kuboku uğrunda yoldaşlıq oyununda Lionel Messinin adını səsləndirməsinə münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, Ronaldo azarkeşlərin bu davranışına emosional reaksiya verib. 

O, əlini qulağına qoyub və tribunalara "Budur, mın burdayam, Messi yox" deyə müraciət edib.

Bu, Ronaldonun zədədən sonra ilk oyunu olub. O, meydana start heyətində daxil olub, sonadək oyunda olub və 54-cü dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, oyun fevralın 8-də Səudiyyə Ərəbistanının paytaxtında keçirilib və "Əl-Hilal" 2:0 hesabı ilə qalib gəlib. Bu komandanın azarkeşləri hər dəfə portuqaliyalı topa toxunduğu zaman Lionel Messinin adını səsləndiriblər. 

Bu mövsüm Ronaldo bütün turnirlərdə 26 komanda matçında iştirak edib, 24 qol vurub və 11 məhsuldar ötürmə edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->