Dünya 14:01 15.06.2023

Rusiya ATƏT-lə bağlı kompromis variant təklif etdi

Avstriyanın ATƏT-ə sədrliyə namizədliyinin təşkilata üzv olan bütün dövlətlər, o cümlədən Rusiya Federasiyası və Belarusdan dəstək tapmaq şansı var.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

"Avstriyalıların özləri bu barədə rəsmi danışmayıblar. Bununla belə, onlar kuluarlarda qeyd edirlər ki, Avstriya, əgər işlər tamamilə dalana dirənərsə, təşkilatın gözləri önündə məhv edilməsinin qarşısını almağa qadirdir”, - diplomat RİA Novosti-yə müsahibəsində bildirib.

Lukaşeviçin sözlərinə görə, Avstriya siyasi elitası ATƏT-in taleyi üçün məsuliyyəti öz üzərinə götürməyi düşünür. O hesab edir ki, Vyananın sədrlik üçün daha çox şansı var, xüsusən də Avstriyanın artıq iki dəfə bu vəzifəni daşıdığını nəzərə alsaq.

Xatırladaq ki, mayın 29-da Finlandiyanın xarici işlər naziri bildirib ki, Rusiya və Belarus Estoniyanın gələn il ATƏT-ə sədrliyə namizədliyini dəstəkləmək istəmir və təşkilat 6 ay ərzində dağıla bilər.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko ATƏT-in dağılması ehtimalı ilə razılaşıb, lakin bunun baş verəcəyi təqdirdə Estoniyanın sədr ola bilməyəcəyinə görə olmayacağını bildirib.

Estoniyanın xarici işlər naziri Marqus Tsakna bildirib ki, ölkəsi ATƏT-ə gələn il sədrliyinə qarşı çıxan Rusiyaya tabe olmaq niyyətində deyil.

Nizami Bağırov