Siyasət 20:35 14.12.2022

"Rusiya bizi müharibəyə sürükləyir, Azərbaycanla birbaşa danışıqlara başlamalıyıq"

"Rusiya Ermənistanı Azərbaycanla müharibəyə çəkmək istəyir".

Qaynarinfo xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının növbədənkənar iclasında Laçın dəhlizində baş verən hadisələrin müzakirəsi zamanı hakim "Vətəndaş sazişi” partiyasından deputat Vigen Xaçatryan deyib.

Deputatın sözlərinə görə, buna heç bir şübhə yoxdur: "Mən əminəm ki, Rusiya bizi Azərbaycanla müharibəyə sürükləmək istəyir. Onlar səbirsizliklə qarabağlıların təslim olmasını və məsələn, qumbara atmasını gözləyirlər... Məncə, Rusiya Qarabağdan əl çəkib Azərbaycanın əvəzində Ermənistanı almağa çalışır. Biz, nəhayət, bunu başa düşməli və Azərbaycan və tərəfdaşlarımızla birbaşa danışıqlara başlamalıyıq. Rusiya bizi müharibəyə sürükləmək istəyir”.

O, həmçinin hesab edir ki, indiki vəziyyət, əslində, Ermənistanın Qarabağ məsələsində Rusiyanın mövqeyini bölüşməsinin cəzasıdır.

Nizami Bağırov