Moskva Azərbaycan vasitəsilə Ermənistana, oradan isə İrana və digər ölkələrə 300 MVt elektrik enerjisi tədarük imkanını nəzərdən keçirir.
Qaynarinfo xəbər verir ki, bunu Rusiya Federasiyasının Energetika Nazirliyinin rəhbəri Nikolay Şulginov "RİA Novosti"yə deyib.
"İndi biz sadəcə olaraq, elektrik enerjisinin Azərbaycan ərazisi vasitəsilə Ermənistana, oradan İrana və bəlkə də daha çox başqa ölkələrə çatdırılması imkanlarını nəzərdən keçiririk. Birinci mərhələdə biz Tehran və Bakı ilə danışıqlar aparırıq ki, yeni tikinti aparılmadan mövcud infrastrukturdan istifadə etsinlər", - nazir deyib.
Onun sözlərinə görə, layihənin bütün iştirakçıları bunda maraqlıdır.
Alpər
Şərhlər