Dünya 19:10 27.12.2023

Rusiya ən son haubitsalarını Finlandiya yaxınlığında yerləşdirəcək

Rusiya yaxın vaxtlarda Finlandiya və Norveçlə həmsərhəd olan Şimal Hərbi Dairəsinə ən son haubitsalarını yerləşdirəcək. 

Qaynarinfo Reuters-ə istinadla xəbər verir ki, bunu "Rostec”in rəhbəri Sergey Çemezov deyib.

O, həmçinin bildirib ki, yeni "Koalitsiya-SV” özüyeriyən artilleriya sistemlərinin sınaqları başa çatıb və artıq onların seriyalı istehsalına başlanılıb.

Onun sözlərinə görə, ilk pilot partiya bu ilin sonuna kimi təhvil veriləcək.
"Düşünürəm ki, onlar yaxın gələcəkdə orada (Şimali Hərbi Dairədə - UNIAN) peyda olacaqlar, çünki bu sinifdən olan haubitsalar atəş məsafəsi baxımından Qərb artilleriya modelləri üzərində üstünlük təmin etmək üçün lazımdır", - Çemezov deyib.

Alpər