Dünya 10:55 01.02.2023

Rusiya ərazisində Kiyevin xeyrinə işləyən agentlər... - "The Washington Post"

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanov bildirib ki, Rusiya ərazisində Kiyevin xeyrinə işləyən agentlər var. Onun sözlərinə görə, Ukraynanın ərazi bütövlüyü bərpa olunmayana qədər Rusiyanın daxilində problemlər davam edəcək.

Qaynarinfo xəbər verir ki, o bu barədə "The Washington Post”a müsahibəsində bildirib.

"Bunlar (təxribatlar – red.) Kremlin təhlükəsizliklə bağlı illüziyalarını məhv etdi. Partlayıcı maddələr qoyan insanlar var. Pilotsuz uçuş aparatları var. Ukraynanın ərazi bütövlüyü bərpa olunana qədər Rusiyanın daxilində problemlər olacaq”, - Kirill Budanov deyib.

Kəşfiyyat Baş İdarəsinin rəisinin sözlərinə görə, "Rusiyada işləmək asan olan, Rusiyanın fərqli olmalı olduğunu başa düşən insanlar var. Və biz bu insanları dəstəkləyirik", - o bildirir. Eyni zamanda, o, Ukrayna silahlı qüvvələrinin Saratov vilayətinin Engels şəhərində strateji bombardmançı təyyarələrin olduğu hərbi aerodroma endirilən zərbələrdə iştirakını təsdiqləməyib. Dekabrın 26-da baş vermiş belə insidentlərdən biri nəticəsində 3 rusiyalı hərbçi ölüb.

Nizami Bağırov