Dünya 00:55 01.06.2023

Rusiya hücumlardan qorxur: Bryanskda Ukrayna ilə sərhəddə yolu partlatdılar (VİDEO)

Rusiya, böyük ehtimalla ki, rus könüllülərinin reydlərindən və Ukrayna Silahlı Qüvvələrinin "hücumundan” ehtiyat edərək, Ukrayna və Belarusla sərhəddə yerləşən Bryansk vilayətində yolu partladıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "New voice” məlumat yayıb. 

"Xalqlar dostluğu” adlandırılan "Üç bacı” abidəsinin yaxınlığındakı ərazidə güclü partlayışın videosu Rusiya təbliğatı tərəfindən yayımlanıb.

Onlar bildiriblər ki, "tanklar üçün təhlükəli istiqamətdə" yol partladılıb, Ukrayna Silahlı Qüvvələri "nə vaxtsa hücum üçün bu yoldan istifadə etməyə cəhd edə bilər".

Ukrayna Dövlət Sərhəd Xidməti rusiyalıların bu cür hərəkətlərinə ironik reaksiya verib.

"Üç gün ərzində Kiyev”dən "Yolları partladırıq ki, bizi işğal etməsinlər”ə qədər rubrika. Rusiyalılar Ukrayna, Belarus və Rusiya sərhədlərinin qovşağında Çerniqov vilayətində yolu partladıblar... baxmayaraq ki, bu, onlara kömək edə bilməyəcək”, - xidmət Telegram-da yazıb.

Nizami Bağırov
 

.