Xəbər lenti

Dünya 12:03 20.11.2023

Rusiya - Latviya qarşıdurması nə ilə yekunlaşacaq? (ŞƏRH)

"Riqanın atdığı son addımlar Latviya və Rusiya arasında ciddi qarşıdurmalara gətirib çıxarmayacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev deyib. Ekspert qeyd edib ki, Latviya müstəqillik əldə edəndən sonra Rusiyaya qarşı mütəmadi olaraq müxtəlif addımlar atıb:

"Latviya ərazisində yaşayan çoxsaylı ruslara vətəndaşlıq verməyib. Baltikyanı ölkələrdə Rusiyaya qarşı bu sayaq müxtəlif addımlar zaman-zaman atılıb. Hazırda Ukrayna hadisələrindən dolayı Baltikyanı ölkələrdə Rusiyaya qarşı nifrət artmaqdadır. İstənilən vəziyyətdən istifadə edərək, onlar Rusiyaya qarşı hər hansı bir qərar verməyə hazırdırlar. Amma Riqanın Rusiya nömrəli avtomobilləri müsadirə edərək, onları Ukraynaya təhvil vermək niyyəti kiçik məsələdir. Ona görə də bunun ölkələr arasında daha bir ciddi qarşıdurmaya gətirib çıxaracağını düşünmürəm".
 


Həmsöhbətimiz bildirib ki, atılan bu addım Baltinyanı dövlətlərin Rusiyaya qarşı münasibətinin göstəricisidir:

"Onsuz da bu ölkələr arasında münasibətlər normal deyil. Amma bu olayın münasibətlərin daha da gərginləşdirəcəyi anlamına gələcəyini düşünmürəm. Moskva da adekvat addımları Latviya vətəndaşlarına qarşı edə bilər. Latviyadan xüsusən də Sank-Peterburq şəhərinə gələnlər olur. Amma bütün hallarda insident ciddi rezonans doğurmayacaq". 

Qeyd edək ki, rəsmi Riqa Rusiya nömrəli avtomobilləri müsadirə edərək onları Ukraynaya  təhvil verməyə hazırlaşır. Rusiya tərəfi isə Latviyanın bu hərəkətinə asimmetrik cavab verməyi düşünür. Belə bir açıqlama ilə Rusiya XİN-in ikinci Avropa departamentinin direktoru Sergey Belyaev çıxış edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->