Dünya 20:38 12.07.2022

Rusiya ordusunun diviziya komandiri Ukraynada öldürüldü

Ukraynada gedən müharibədə Volqoqrad 20-ci Qvardiya motoatıcı diviziyasının komandiri, polkovnik Aleksey Qorobets həlak olub.

Bu barədə Qaynarinfo "Bloknot” nəşrinə istinadən xəbər verir 
Bildirilir ki, zabitin ölümü ilə bağlı məlumatı onun həyat yoldaşı Anna Qorobets təsdiqləyib.

"Rəhbərlikdən zəng edib xəbər verdilər. Dəfn mərasiminin vaxtı və yeri hələ seçilməyib", deyə hərbçinin xanımı bildirib.

"Bloknot”un məlumatına görə, mərhumun şəxsiyyətini təsdiqləmək üçün DNT testi tələb olunub.

Nizami Bağırov