Xəbər lenti

Dünya 19:30 16.03.2024

Rusiya seçkidən sonra müharibəni genişləndirə bilərmi? (ŞƏRH)

"Rusiya hərbi əməliyyatları genişləndirmək imkanında deyil". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiyada keçirilən prezident seçkilərini şərh edərkən deyib.

Zərdüşt Əlizadə bildirib ki, Vladimir Putinin bu seçkilərdə qalib gələcəyi şübhəsizdir:

"Burada başqa variant ola bilməz. Qərbin Putinin prezident kimi legitimliyini tanıyıb-tanımamasına gəlincə, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki Rusiya deyəndə de-fakto Putinin rəhbərliyi altında olan ölkə başa düşülür. Bu ərazidə başqa Rusiya yoxdur".



Seçkilərdən sonrakı vəziyyətə gəlincə, politoloqa görə hər şey Ukraynadakı döyüş meydanındakı müqamimətdən asılı olacaq:

"Ukrayna ordusu üstün gəlsə, Rusiya daxilində Putinə münasibət də mənfi istiqamətə yönələcək. Amma Ukrayna məğlub olsa, onda Putinlə danışmalı olacaqlar". 

Seçkidən sonra Kremlin hərbi əməliyyatları genişləndirmək cəhdinə gəlincə, həmsöhbətimizə görə, Rusiyanın imkanı yox dərəcəsindədir:

"Rusiya belə bir imkana malik deyil. Hər şey istəkdən asılıdır, amma Rusiyanın hərbi əməliyyatları genişləndirmək gücü yoxdur. Hərbi əməliyyatları genişləndirmək üçün Rusiya yenidən səfərbərlik etməli, daha 300-400 minlik əsgər yığmalıdır. Amma o, belə imkanlara malik deyil".
 
Qeyd edək ki, Rusiyada artıq prezident seçkilərinə start verilib. Seçkilər 3 gün, martın 15-dən 17-dək keçiriləcək. Bu fonda diqqət mərkəzində olan məqamlardan biri də Rusiyanın seçkidən sonrakı addımları məsələsidir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->