Dünya 13:14 29.01.2023

Rusiya təhsil hərbiləşdirilir - Britaniya kəşfiyyatı

Britaniya kəşfiyyatı Rusiya Federasiyasında təhsilin hərbiləşdirilməsi barədə məlumat yayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən "Twitter"də məlumat dərc edib

Qeyd edilir ki, xüsusilə, Rusiya Federasiyası orta məktəb proqramına ilkin hərbi hazırlığı daxil edib.

"Son həftələrdə Rusiya Təhsil Nazirliyi orta məktəb kurrikuluma ilkin hərbi hazırlığın daxil edilməsi ilə bağlı əvvəlcədən elan edilmiş planın həyata keçirilməsi barədə daha ətraflı danışıb”, deyə məlumatda bildirilir.

Xüsusilə, "Həyat Təhlükəsizliyinin Əsasları” kursu çərçivəsində modulda "Kalaşnikov” avtomatı, əl qumbaraatanları ilə təlimlər, hərbi təlimlər və salamlaşmalar, eləcə də fərdi mühafizə vasitələrindən istifadə məsələləri yer alacaq. 1 sentyabr 2023-cü il tarixindən etibarən dərslər məcburi olacaq.

Bundan əlavə, 2022-ci ilin dekabrında Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi universitet tələbələri üçün "Hərbi hazırlığın əsasları” proqramını elan edib.

"Təşəbbüslər müharibə zamanı Rusiyada getdikcə hərbiləşən atmosferi vurğulayır və bu, həm də Sovet İttifaqına (ehtimal ki, qəsdən) istinaddır: 1993-cü ilə qədər məktəblərdə eyni təlimlər məcburi idi", deyə Britaniya kəşfiyyatı qeyd edib.

Aydın