Dünya 15:25 16.03.2023

Rusiya xarici kəşfiyyat generalının oğlu Avropa Şurasında yüksək vəzifədə... - "Bild"

Rusiya vətəndaşı, 39 yaşlı İqor Nebıvayev Avropa Şurasının çirkli pulların yuyulması ilə mübarizə proqramına rəhbərlik edir. 

Qaynarinfo xəbər verir ki, Bu barədə "Bild” tabloidi məlumat yayıb.

"Bild” yazır ki, bu mövqe "rusiyalıya Aİ-yə üzv dövlətlərinin Avropada hər yerdə rast gəlinən Rusiyanın çirkli pullarının yuyulması ilə mübarizə üçün gördüyü tədbirlər haqqında təsəvvür yaradır”. Tabloid iddia edir ki, Nebıvayev Lomonosov adına Moskva Universitetinin məzunudur və Rusiya Xarici Kəşfiyyat Xidmətində çalışan general Vladimir Nebıvayevin oğludur.

Jurnalistlər iddia edirlər ki, Nebıvayev və oğlu hələ də Moskvada eyni mənzildə qeydiyyatdadırlar. İqor Nebıvayev Bild-in suallarına cavab verməyib.

"Bild” qeyd edir ki, Rusiya 2022-ci ilin martında Avropa Şurasından çıxsa da, AŞ-nin 120 Rusiya əməkdaşından təxminən 90-ı işlərini, xüsusən də ikinci vətəndaşlığı olanları saxlayıb. Tabloidin həmsöhbətləri bildiriblər ki, "rusiyalılar arasında öz işlərinə sadiq və loyal işçilər var", lakin onlara "etimad məsələsi" ciddi məsələ olaraq qalır.

Nizami Bağırov