Ölkə 15:46 21.02.2024

Rusiya yeni xəyala düşdü: Almaniyanı yenidən bölmək istəyir

"Almaniyaya münasibətdə yekun nizamlanma haqqında” müqaviləyə Almaniya Federativ Respublikası ona əməl etmədiyi üçün xitam verilməlidir. 

Qaynarinfo "Kommersant”a istinadən xəbər verir ki, bu barədə Krım alman milli-mədəni muxtariyyətinin rəhbəri Yuri Hempel Krım radiosunun efirində bildirib

Federasiya Şurasının Krımdan olan üzvü Sergey Tsekov bu fikri dəstəkləyərək jurnalistlərə bildirib ki, Almaniya bu müqavilənin müddəalarına məhəl qoymur.
Onun sözlərinə görə, 1990-cı ilin sentyabrında ADR, Qərbi Almaniya, SSRİ, ABŞ, Fransa və Böyük Britaniya tərəfindən imzalanmış sənəd Avropada ədalətli dünya nizamının yaradılmasını, silahlara nəzarəti və dövlətlər arasında etimadın möhkəmləndirilməsini nəzərdə tuturdu.

Bununla belə, Hempel qeyd edib ki, Almaniya Rusiya ilə qarşıdurma yolunu tutub.

"Almaniyanın bugünkü siyasi elitası ölkəni düz yola aparmır. Bizim bəyanatımız vətəndaşların ağlını başına gətirmək və rəhbərliyinin səhvlərini dərk etmək məqsədi daşıyır”, - rusiyalı senator vurğulayıb. 

Qeyd edək ki, "Almaniyaya münasibətdə yekun nizamlanma haqqında” Müqavilə ilə İkinci dünya müharibəsi müttəfiqləri Almaniyada olan bütün hüquqlarından imtina ediblər. Bu, "iki üstəgəl dörd” formatında (Almaniya Demokratik Respublikası, Almaniya Federativ Respublikası, SSRİ, Fransa, Böyük Britaniya və ABŞ) aparılan danışıqların nəticəsi olub. Qeyd edilən müqavilə əsasında iki alman dövlətinin birləşdirilməsi həyata keçirilib.
 
Nizami Bağırov