Dünya 17:10 03.12.2022

Rusiya yüzə yaxın usta idmançısını Ukraynaya ölməyə göndərəcək

Rusiya Döyüş Sənəti İttifaqından 90-dan çox döyüşçü müharibədə iştirak etmək üçün könüllü kimi gedəcək. 

Qaynarinfo RBK-ya istinadla xəbər verir ki, bu barədə Baş nazirin müavini və Prezidentin Uzaq Şərq Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Yuri Trutnev "Lujniki"də "Çempionların döyüşü 14: Məktəblər bir-birinə qarşı" döyüş sənəti forumunda deyib

"Bu gün döyüşçü olduğunu sübut etmək üçün döşəyə və ya rinqə çıxmaq kifayət deyil. Bu günün əsl döyüşçüləri vətənimiz uğrunda qan tökənlər, onu müdafiə edənlərdir. Rusiya Döyüş Sənəti İttifaqı kənarda dayana bilməz və dayanmamalıdır. Könüllülərdən ibarət dəstə yaradılıb, onların sayı 90-dan çoxdur”, - Trutnev bildirib.

Baş nazirin müavini qeyd edib ki, könüllülər arasında beynəlxalq dərəcəli idman ustaları, əməkdar idman ustaları, birinci dərəcəli idmançılar var. Onun sözlərinə görə, yarış bitdikdən sonra dəstə təlimlərə, daha sonra isə hərbi əməliyyat zonasına gedəcək.
 
Alpər