Xəbər lenti

Dünya 21:55 30.01.2024

Rusiyada prezident seçkisində sürpriz isim: Boris Nadejdin planları poza biləcəkmi? (ŞƏRH)

"Boris Nadejdinin namizədliyinin irəli sürülməsi Kremlin planıdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiyada keçiriləcək prezident seçkilərində liberalların namizədi olaraq Boris Nadejdinin namizədliyi ətrafında yaranan ajiotajı şərh edərkən deyib.

Politoloq bildirib ki, Boris Nadejdin Qərbin dəstək verdiyi namizəd deyil:



"Keçən seçkilərdə Kseniya Sobçak liberal qanadın nümayəndəsi kimi ortaya atılmışdı. Bu dəfə də Kreml Boris Nadejdin kartından istifadə edir. Bununla etirazçı elektoratın diqqətini ona tərəf yönəldirlər. Nadejdin cızığından çıxarsa, Kremlin nəzərdə tutduğu planları pozarsa, digər texnologiyaları işə salmaqla ona qarşı qara piara başlayacaqlar. Nadejdin seçkidə ciddi səs toplamayacaq. Nadejdin hansı potensiala malik olduğu hamıya bəllidir".

Qeyd edək ki, Rusiyada martda keçiriləcək prezident seçkilərində iştirak üçün liberal düşüncəli, müharibə əleyhinə çıxış edən Boris Nadejdin də namizədliyini verib. Onun namizədliyi Vətəndaş Təşəbbüsü Partiyasından irəli sürülüb. Hətta Navalnı, Xodorkovski kimi Putinə qarşı olanlar Nadejdini dəstəkləməyə çağırıblar. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->