Dünya 17:28 23.01.2023

Rusiyada pul yoxdur: Dağıstanda müəllimlər maaşsız qalıb

Eyni vaxtda Dağıstanın bir sıra rayonlarında məktəb müəllimlərinə maaş verilməsi dayandırılıb. Lakski və Tsuntinski rayonlarında müəllimlərə 2022-ci ilin oktyabrından, Serqokalinskidə isə dekabrdan maaş verilmir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Qovorit NeMoskva” teleqram kanalı sosial şəbəkələrdəki çoxsaylı şikayətlərə istinadən ">yazır.

Bələdiyyə orqanları ödənişlərin gecikdirilməsini maliyyə çatışmazlığı ilə əlaqələndirirlər. "Oktyabrda avans verdilər, sonra Təhsil Nazirliyi 5 milyona yaxın verəcəyini vəd etdi, amma bacarmadılar. Biz bu məsələnin həlli üçün Təhsil və Elm Nazirliyinə, Maliyyə Nazirliyinə müraciət etdik. Bu günə qədər Xuri və Xunin kəndlərində müəllimlər ödənişsiz qalıb. Başqaları ilə birtəhər özümüz pul tapa bildik”, - Lakski rayonunun rəhbəri Yusup Maqomedov bildirib.

Onun sözlərinə görə, respublika hökumətinin fərmanına əsasən, 2022-ci ildə müəllimlərin maaşları iki dəfə - may və sentyabr aylarında indeksləşdirilməli idi, lakin hakimiyyət indiyənədək bunun üçün pul tapmayıb.

Respublika Təhsil və Elm Nazirliyi ödənişlərin edilməməsinin səbəbləri ilə məşğul olmaq niyyətindədir və bunun üçün xüsusi olaraq işçi qrupu yaradıb. Artıq Qunibski rayonunda Bejtinski hissəsində yoxlamalar aparılır.

Rosstatın məlumatına görə, 2022-ci il dekabrın 1-nə Rusiyada ümumi əmək haqqı borcları 1,029 milyard rubl təşkil edib. Eyni zamanda, noyabrda 145,3 milyon rubl və ya 16,4% artıb. Əmək haqqı üzrə borcların böyük hissəsi istehsal (ümumi borcun 41,8%-i) və tikinti (25,0%) sahələrindədir.

Nizami Bağırov