Dünya 15:00 24.03.2023

Rusiyada xanım stomatoloq A.U.E üçün pul toplayırmış

Rusiya Federasiyası İstintaq Komitəsinin Kaluqa vilayəti üzrə İstintaq İdarəsi 38 yaşlı abxaz əsilli Giorgi Şonia adlı şəxs barəsində cinayət işi başlayıb. 

Qaynarinfo Rusiya mediasına istinadən xəbər verir ki, Şonia kriminal iyerarxiyada yüksək statusa sahib olmaqda, yəni, "qanuni oğru” titulu daşımaqda ittiham edilir. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (kriminal iyerarxiyada yüksək statusa malik olmaq) ilə təqsirləndirilir. 

İşin maraqlı tərəfi odur ki, Şonia "qanuni oğru” kimi son illər Rusiya və MDB ölkələrində gənclər arasında populyar olan A.U.E (Arestantskoe Urkaqanskoe Edinistva - məhkumların cinayətkar birliyi) kriminal hərəkatı üçün maliyyə toplayırmış. Bu işdə ona Tver vilayətində yaşayan 32 yaşlı bir xanım yardım edib. 

Özəl klinikaların birində stomatoloq işləyən həmin xanım bank hesabı açaraq A.U.E hərəkatı üçün toplanan pulları ora köçürürmüş. Həmin xanımın adı açıqlanmır. Bildirilir ki, Şonia ilə birgə həmin xanım da saxlanılıb. İndi onların əlaqələri araşdırılır. 

Seyid