Ekonomiks 13:40 25.03.2024

Rusiyalı turistlərin Azərbaycana marağı artır: Səbəb nədir?

"Çörəyimiz Rusiyadan gəlir. Rusiya bizim üçün önəmli patnyordur. Meyvə-tərəvəzi ən çox bizdən alan Rusiya bazarıdır. Azərbaycan Rusiya ilə inteqrasiya edib. Burada həm də 70 ilin təsirləri var". 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Ekspert bu il Bakıya gələn turistlərin arasında azərbaycanlıların çoxluq təşkil etməsinin bir neçə səbəbi olduğunu vurğulayıb:

"Ümumiyyətlə, Rusiyadan Azərbaycana axın həmişə çox olub. Müxtəlif hesablamara görə Rusiyada 1,5-2,5 arası etnik azərbaycanlı yaşayır. Onların bir çoxu Rusiya vətəndaşıdır, bir çoxunun orada işləmək izini var".
 


Ekspertin fikirincə, Rusiyanın Avropa, ABŞ ilə münasibətləri pisləşəndən sonra üzünü Cənub və Şərqə döndərib:

"Rusiyaya tətbiq edilən sanksiyalar, viza proseslərinin ləngiməsi və s. Moskva üzünü İran, Türkiyə, BƏƏ, Taylanda və s. ölkələrə çevirib. Bu məsələlərdə Gürcüstan, Ermənistan bizdən daha çox faydalanır. Türkiyənin özü də bundan ən çox faydalanan dövlətlərdən biridir. Rusiyaya tətbiq edilən sanksiyalar rus turistlərinin Azərbaycana da marağını artırıb". 

Qeyd edək ki, 2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə, 46.7 faiz artaraq, 341 min nəfər olub. Bu dövrdə qonşu ölkələrdən ən çox turist Azərbaycana Rusiyadan gəlib - 26,8%. İkinci yerdə isə Türkiyədir - 19,9%. 

Bahar Rüstəmli