Xəbər lenti

Dünya 15:24 26.12.2023

"Rusiyanın nüvə silahının Belarusa tədarükü çoxdan başa çatıb" - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəsinə çatdırılması planlaşdırılan bütün Rusiya nüvə silahları artıq ordadır.

Qaynarinfo xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Çoxdan. Mən sizə tədarükün nə vaxt bitdiyini söyləmişdim. Məncə sentyabrda və ya oktyabrda. Sonuncu oktyabrın əvvəlində olub", deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, "hər şey öz yerində və yaxşı vəziyyətdədir”.

Növbəti hərbi təlimlərin nə vaxt olacağı sualını cavablandıran Lukaşenko bildirib ki, onlar "hər gün öyrənirlər”.

"Hətta bizimlə qalan keçmiş "vaqnerçi”lər də bu gün bölmələrimizdə işləyir və təcrübələrini ötürürlər", deyə Lukaşenko yekunlaşdırıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->