Siyasət 15:47 19.05.2023

“Rusiyanın vasitəçiliyi heç bir effekt vermir” - Ekspert

"Moskva görüşü önəmsiz, növbətçi bir yığıncaqdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi ekspert Qulamhüseyn Əlibəyli Azərbaycan və Ermənistan XİN rəhbərlərinin 19 may Moskva görüşünü şərh edərkən deyib:
 
”Rusiya bu görüşlə göstərmək istəyir ki, Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyasından imtina etməyib. Moskva bu müstəvidə aparıcı rolu Qərb ölkələrinə, ABŞ və Avropa İttifaqına vermək istəmir. Son görüşlərin nəticəsi belə deməyə əsas verir ki, Moskva görüşündə ciddi bir razılaşma əldə olunmayacaq. Dəfələrlə Rusiyanın vasitəçiliyilə görüşlər keçirilib.
 
Bu görüşlərdə müəyyən bəyanatlar verilsə də, rəsmi heç bir sənəd imzalanmayıb. Açıq deməliyik ki, Rusiyanın vasitəçiliyi heç bir effekt vermir. Ona görə də Moskva görüşü adi görüşlərdən biridir”.
 
Həmsöhbətimiz hesab edir ki, artıq tərəflər heç bir vasitəçi olmadan ümumi razılığa gəlib, mövcud problemləri  məsələləri həll etməlidirlər. 

Qeyd edək ki, bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvada Ermənsitan xarici işlər naziri Ararat Mirzoyanla görüşü reallaşacaq. 

Rüfət Sultan