Video 14:01 09.02.2024

Rustavi bazarında atışma: 4 nəfər öldü (VİDEO)

Gürcüstanın Rustavi şəhərində naməlum şəxs cümə günü, fevralın 9-da bazarda atəş açıb. Dörd nəfər ölüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən Rustavi 2 telekanalı məlumat yayıb.

Hadisə İstanbul bazarında baş verib. Polis atəş açan 1988-ci il təvəllüdlü şəxsi saxlayıb.

Ölənlərdən biri onun bazarda işləyən dayısı olub. Şübhəlinin dayısı qızı da yaralanıb və xəstəxanaya yerləşdirilib. Çoxlu yaralı olduğu bildirilir.

Atışmanı törədən şəxsin motivləri barədə məlumat verilmir.

Nizami Bağırov