Xəbər lenti

Dünya 17:01 03.04.2024

Ruttenin NATO baş katibi olmasını dəstəkləməyən 4 ölkə açıqlandı

Niderlandın baş naziri Mark Ruttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyini Alyansa üzv olan 32 ölkədən 28-i dəstəkləyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Niderland Yayım Korporasiyası (NOS) mənbələrə istinadən məlumat yayıb.

Məqalədə deyilir ki, son 10 gündə daha 3 ölkə onun namizədliyini dəstəkləməyə başlayıb. İndi Rutte daha 4 üzvlə razılığa gəlməlidir. Çünki bu vəzifəyə təyinat 32 ölkənin hamısının yekdil dəstəyini tələb edir.

NATO ölkələrinin xarici işlər nazirləri yaxın günlərdə Brüsseldə toplaşacaq və sammit çərçivəsində Alyansın yeni baş katibi ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, hazırda Rutteni dəstəkləməyən Rumıniyanın öz namizədi var. Türkiyə və Macarıstan da hələ onu dəstəkləməyib. NOS qeyd edir ki, dördüncü ölkə Slovakiyadır.

NATO-dakı korporativ mənbələr bildiriblər ki, Niderlandın baş naziri bu 4 ölkə ilə NATO liderliyindəki rolunu müzakirə edir.

Bəzi NATO rəsmilərinin fikrincə, Rumıniya prezidenti Klaus İohannis Şərqi Avropa ölkələrindən yeganə namizəd olduğu üçün namizədliyini geri götürsə, Macarıstan və Slovakiyanın Rutteni dəstəkləməsi daha asan olacaq.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->