Foto 09:58 10.12.2022

Saakaşvili tanınmaz halda: Müalicə aldığı xəstəxanadan fotoları

Hazırda "Vivamed” klinikasında müalicəsi davam edən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin son görüntüləri yayılıb.

Qaynarinfo xəbər verir ki, fotoda Saakaşvilinin həddən artıq arıqladığı görünür.

Qeyd edək ki, beynəlxalq həkimlər Saakaşvilinin qanında zəhərlənmə aşkarlayıblar. Hazırda onun yeriyə bilmədiyi, xəstəliyinin ölümünə səbəb ola biləcəyi iddiaları var.

Saakaşvilinin vəkili 1 dekabrda onun səhhəti ilə bağlı həbsdən azad edilməsi üçün şikayət verib. Ötən gün keçirilməli olan proses Saakaşvilinin məhkəmə zalına gələ bilməməsi səbəbindən 14 dekabra təxirə salınıb./Axar.az