Xəbər lenti

Dünya 18:53 10.01.2024

Saakaşvilinin səhhəti necədir? - Həkim açıqladı

Tiflisdəki "Vivamed” özəl klinikasında olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhəti stabildir və yaxşılaşır. 

Qaynarinfo "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə tibb müəssisəsinin klinik direktoru Zurab Çxaidze danışıb.

"Xəstənin vəziyyəti stabildir, yaxşılaşdığını deyə bilərik. Həm hemodinamik parametrləri, həm də tənəffüs parametrləri sabitdir. Mütləq pisləşmə yoxdur, baxmayaraq ki, diqqət tələb edən bəzi tədqiqatlar var", deyə Çxaidze bildirib.

Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib. Saakaşvili özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb. Sonradan eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib, 2022-ci ilin mayında müayinə olunmaq üçün həbsxanadan paytaxtdakı klinikaya köçürülüb. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->