Xəbər lenti

Dünya 16:36 30.11.2023

Sabiq baş nazir təyyarələrin icarəsinə 1,3 milyon xərcləyib - Araşdırma başladı

Latviyanın Baş Prokurorluğu ölkənin keçmiş baş naziri və Xarici İşlər Nazirliyinin hazırkı rəhbəri Krisjanis Karinsin iş ehtiyacları üçün şəxsi təyyarələrin icarəyə götürülməsi təcrübəsi ilə bağlı araşdırmaya başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Delfi" "TV3 Ziņas"a istinadən məlumat yayıb.

Bildirilir ki, Karins tədbirlərdə iştirak etmək üçün ən azı 36 dəfə xüsusi reyslərlə uçub. Bunun üçün dövlət büdcəsindən və Avropa İttifaqının vəsaitlərindən 1,3 milyon avrodan çox vəsait xərclənib.

Karins özü də tənqidlərlə razılaşıb. Lakin qeyd edib ki, bu cür uçuşlar sayəsində çətin logistik şəraitdə mümkün qədər tez digər siyasətçilərlə görüşə bilib və bununla da Tallinin Avropa İttifaqı və NATO-dakı rolunu gücləndirib.

Bundan əvvəl Latviya prezidenti Edqars Rinkeviç respublikanın hazırkı xarici işlər naziri Krisjanis Karinsi şəxsi təyyarələrdə iqtisadi cəhətdən sərfəli olmayan uçuşlarda ittiham etmişdi.

"Nə ünsiyyət baxımından, nə də uçuşun qiymətləndirilməsi baxımından bunun düzgün olduğunu deyə bilmərik”, deyə Rinkeviçs qeyd edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->