Ekonomiks 10:17 13.11.2023

Sabiq deputat Bakı meriyasını məhkəməyə verdi

Bakı şəhər İcra Hakimiyyəti məhkəməyə verilib. 

News24.az-ın məlumatına görə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu barədə Bakı İnzibati Məhkəməsinə müraciət edib. 

Qeyri-hökumət təşkilatı Bakı meriyasını torpaq münasibətləri üzrə mübahisələrə görə məhkəmədə iddia qaldırıb. 

Xatırladaq ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) prezidenti sabiq deputat Elxan Süleymanovdur.