Siyasət 17:05 06.02.2023

Sabiq rektor DSK üzvü oldu

38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsinin Dairə Seçki Komissiyasının (DSK) sədri Seymur Hüseynovun vəfat etməsi ilə əlaqədar DSK-ya yeni üzv seçilib.

APA-nın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının DSK üzvlüyünə yeni namizədi İbrahim Cəfərov olub.

Məsələ bu gün Mərkəzi Seçki Komissiyasının iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, İbrahim Cəfərov 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsinin sədri və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olub.