Ölkə 00:05 23.10.2022

Sabirabad bazarında yanğın oldu

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən Sabirabad şəhəri ərazisində yerləşən bazarda yanğının daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Bu barədə Qaynarinfo-ya FHN-in Mətbuat xidmətindən bildirilib.

Yanğının mürəkkəbliyi və havanın küləkli olması səbəbindən yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi işlərinin sürətləndirilməsi məqsədilə Dövlət Yanğından Mühafizə Xidmətinin yaxın rayonlarda yerləşən hissələrindən əlavə qüvvələr qısa müddətdə hadisə yerinə cəlb olunub. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***
Sabirabadda bazarda baş verən yanğın söndürülməsinə xeyli sayda yanğınsöndürən cəlb edilib.

Qaynarinfo xəbər verir ki, yanğının qarşısının alınmasına söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad və digər qonşu rayonlar üzrə yanğından mühafizə hissələrinə məxsus 10-dan çox yanğınsöndürən maşını və çoxlu sayda canlı qüvvəsi cəlb olunub.

İlkin məlumata görə, yanğın bazardakı kafelərin birindən başlayıb. Alovun əhatə dairəsi qısa müddətdə daha da genişlənib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır.
 
***
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.

Qaynarinfo xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.