Ekonomiks 18:10 26.01.2024

Sahibkarlar Düz Qırıqlı kəndində "Azəriqaz"a müraciətlərini ünvanladı (FOTO)

Həftənin sonuncu "Açıq mikrofon” aksiyası Tovuz rayonunda fəaliyyət göstərən sahibkarların ixtiyarında olub. Düz Qırıqlı kəndində baş tutan "Səyyar qəbul otağı”nda ümumilikdə 4 müraciət ünvanlanıb. 

Bunlardan da 1-i  istixanaya gedən qaz xəttindən digər istixana üçün quraşdırılan qaz sayğacının ayrılmasından ibarət olub. 

2 müraciətdə isə debitor borcun ödənilməsində növbəti ayın sonunadək möhlət istənilib. Şəmkir RQİİ-nin rəhbər şəxsləri aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.