Ekonomiks 17:34 06.02.2023

Sahibkarlarla növbəti görüş Mingəçevirdə keçiriləcək

SOCAR "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Qaynarinfo xəbər verir ki, SOCAR "Azəriqaz” İB-nin KOBİA ilə birgə "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Mingəçevir şəhərində görüşü təşkil olunacaq. Aksiya Mingəçevir Gənclər Evində baş tutacaq.

"Səyyar qəbul otağı” fevral ayının 9-da saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.