Video 15:27 25.10.2023

Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi şəhid ailəsini ziyarət etdi (VİDEO

44 günlük Vətən müharibəsində qanıyla iz qoyan, azad olunan rayonlarımızda şanlı bayrağımızın dalğalanmasında xidməti olan igidlərimizdən biri də Əli Mənəflidir. 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etmək üçün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun sentyabrın 27-də başladığı genişmiqyaslı əks-hücum əməliyyatları zamanı həqiqi hərbi xidmətdə olan Əli də döyüşlərə qatılıb.
 
Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Şuşanın azad edilməsi gedişatında Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhadətə yüksəlib. Şəhidin anası Simuzər Mənəfova SOCAR "Azəriqaz” İB-nin Salyan Regional qaz istismarı İdarəsinin Şirvan xidmət sahəsində çalışır. Regional İdarənin rəhbər şəxsləri şəhidin doğum günündə ailəsini ziyarət edərək mövcud vəziyyətləri və qayğıları ilə yaxından maraqlanıblar.