Ölkə 14:08 14.11.2023

Saxtakarlıq etmiş sabiq sədrə 2 illik vəzifə cəzası

Xaçmaz rayonunun Çaykənarı bələdiyyəsinin sabiq sədri Oqtay Şıxməmmədov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən O.Şıxməmmədova hökm oxunub.

O, 2 il müddətə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7300 manat cərimə cəzasına məhkum edilib.

Qeyd edək ki, Xaçmaz Rayon Prokurorluğunun yaydığı məlumatda Oqtay Şıxməmmədovun bələdiyyənin sədri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurması, habelə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməsi qeyd edilib.