Xəbər lenti

İdman 19:05 14.04.2024

"Səbail" - "Kəpəz" matçında 6 qol

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun oyunları çərçivəsində "Səbail" "Kəpəz"lə qarşılaşıb.

Qaynarinfo xəbər verir ki, günün ilk matçı "ASCO Arena"da keçirilib.

Gərgin mübarizə şəraitində keçən matçda məhsuldar heç-heçə qeydə alınıb. Gəncəlilər fasiləyə 2:0 hesabı ilə üstün yollanıb. Lakin Şahin Diniyevin komandası ikinci hissədə geridönüş edərək 3:2 hesabı ilə önə keçib. Oyunun sonuna artırılan dəqiqələrdə isə bərabərlik qolunu vuran "Kəpəz" futbolçuları yekun hesabı müəyyənləşdiriblər - 3:3.

Bu nəticənin ardından bakılılar xal ehtiyatını 39-a, "sarı göylər" isə 31-ə çatdırıb.

Qeyd edək ki, turun son matçında "Sabah" evdə "Qarabağ"la üz-üzə gələcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->