Ekonomiks 18:47 13.03.2024

Sədrin əmri ilə işdən çıxarıldı, məhkəməyə müraciət etdi

Ağstafa rayonunun Köçvəlili bələdiyyəsi ilə keçmiş işçisi Reyhan Süleymanova arasında məhkəmə çəkişməsi gedir. 

Qaynarinfo xəbər verir ki, Reyhan Süleymanova Ağstafa Rayon Məhkəməsində bələdiyyəyə qarşı iddia qaldırıb.

Lakin iddiası təmin edilməyib. Reyhan Süleymanova apellyasiya şikayəti verib. Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılacaq. Ədil Məmmədov iş üzrə hakim təyin edilib. 

Məhkəmə çəkişməsi əmək münasibətləri üzrə mübahisələrdən ibarətdir. 

İddialara görə, Reyhan Süleymanova bələdiyyə sədrinin əmri ilə işdən çıxarılıb. O, bunu qanunsuz hesab edərək məhkəmədə mübahisələndirmək qərarına gəlib. 

Köçvəlili bələdiyyəsinin sədri Ələkbər Əmiraslanovdur. 

Seyid