Ölkə 16:46 15.11.2022

Səhiyyə Nazirliyi ittihamlara cavab verdi

Səhiyyə Nazirliyi 13 yaşlıq qızın 3 aylıq uşağının körpələr evinə köçürülməməsinə aydınlıq gətirib. 

Nazirliyin sözçüsü Elvin Hacıyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, 13 yaşlı qızın dünyaya gətirdiyi uşağın körpələr evinə köçürülməsi ilə bağlı sənədləşmə işləri yekunlaşıb.

"Uşaq artıq körpələr evinə köçürülüb", deyə Elvin Hacıyev bildirib.

Qeyd edək ki, sentyabrın 7-də sosial şəbəkələrdə 13 yaşlı qızın ana olması ilə bağlı məlumatlar yayılmışdı. Məlumatda qızın ev şəraitində dünyaya gətirdiyi bildirilmişdi. 

Onu da qeyd edək ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bu gün Qaynarinfo-ya 13 yaşlı qızın dünyaya gətirdiyi körpənin 3 aydır ki, doğum evində olması və körpələr evinə köçürülməməsini açıqlayıb. Sədr bu məsələdə Səhiyyə Nazirliyini ittiham edib

Bahar Rüstəmli