Xəbər lenti

Dünya 20:17 18.06.2023

"Serbiya gələcəkdə Aİ və BRİCS arasında seçim etməli ola bilər" - Vuçiç

"Serbiya gələcəkdə Avropa İttifaqı və BRİCS arasında seçim qarşısında qala bilər".

Qaynarinfo xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç deyib.

"Bu, çox güman ki, ölkənin üzləşəcəyi gələcək məsələsidir", deyə prezident xalqa müraciəti zamanı Aİ əvəzinə BRİCS-ə mümkün qoşulma barədə suala cavabında deyib. 

"Mən prezident olduğum müddətdə Serbiya Avropa yolu ilə gedəcək və bu, dörd ildən bir qədər azdır. Serbiya onsuz da Avropa yoluna sadiq qalacaq. O zaman biz Aİ-yə üzv qəbul olunacağıq? Aydındır ki, yox. Çünki onlar bizim orda (Avropa İttifaqında-red.) olmağımızı istəmirlər", deyə dövlət başçısı qeyd edib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->