Xəbər lenti

Dünya 17:52 04.01.2024

Serbiya məcburi hərbi xidməti bərpa edə bilər

Serbiyanın müdafiə naziri Miloş Vuçeviç bildirib ki, Baş Qərargah məcburi hərbi xidmətin bərpası təşəbbüsü ilə ölkə prezidenti Aleksandr Vuçiçə müraciət edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə N1 telekanalı məlumat yayıb.

Müdafiə nazirinin sözlərinə görə, bu qərar ölkənin təhlükəsizliyinə verilən qiymətlərlə diktə edilib:

"Biz ehtiyatlarımızı artırmalıyıq. Silahlı qüvvələrdən 13 nəsil keçib, məcburi hərbi xidmət olmayıb. Təhlükəsizliyimiz üçün bizə hər zaman ölkəni müdafiə etməyə hazır olacaq yeni çağırışçılar lazımdır".

O, bir çox Avropa ölkələrində icbari hərbi xidmətin tətbiq edilməsi tendensiyası olduğunu qeyd edib. "Baş Qərargah məcburi xidmət müddətinin 4 aydan çox olmamasını təklif edir", deyə Vuçeviç vurğulayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->