İdman 19:32 31.01.2023

Serbiyalı qapıçının "Qarabağ"a keçidi baş tutmadı

Kiprin "Apollon" (Limassol) klubunun qapıçısı Aleksandar Yovanoviçin "Qarabağ"a keçidi baş tutmayıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Limassol təmsilçisi serbiyalı qolkiperini "köhlən atlar"a satmaqdan imtina edib.

31 yaşlı çərçivə qoruyucusunun "Apollon"la 2026-cı ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, daha əvvəl Almaniya "Bayer"i rusiyalı qapıçısı Andrey Lunyovu, Kipr "Aris"i isə braziliyalı qolkiperi Vana Alvesi "Qarabağ"a satmağa razılaşmayıb.