Xəbər lenti

Dünya 15:00 04.01.2024

Sergey Lavrov: "İngilis dilindən imtina etmək axmaqlıqdır"

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ümumrusiya "Arzuların Milad ağacı" tədbiri çərçivəsində Luqanskdan olan qızla söhbət edərkən ingilis dilindən imtinanın axmaqlıq olduğunu bildirib. 

Qaynarinfo bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

XİN rəhbəri qızdan hansı dili oxuduğunu soruşub. O, cavab verib ki, ingilis dilində oxuyur. Lavrov onu tərifləyib, ingilis dilini faydalı dil adlandırıb.

"Bütün dünyanı bizə qarşı qoyurlar, gəlin ingilis dilindən uzaqlaşaq" deyənlərin haqlı olduğunu düşünmürəm. Bu axmaqdır. Dilin bununla heç bir əlaqəsi yoxdur", deyə diplomat bildirib.

Lavrov Ukraynadakı vəziyyəti misal göstərərək bilririb ki, orada hakimiyyət rus dilinin əleyhinə qanunlar qəbul edir. Nazirin sözlərinə görə, həm rus, həm də ingilis dilləri ilə ifrata varmağa ehtiyac yoxdur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->