Video 10:35 21.03.2023

Sibel Canla Abbas Bağırov Bakıda dəbdəbəli toyda (VİDEO)

Türkiyənin məşhur ulduzu Sibel Can növbəti dəfə Bakıya gəlib.  

Bizim.Media xəbər verir ki, sənətçi dəbdəbəli restoranların birində ötən gün baş tutan toy məclisində çıxış edib.  

Sibel Canla eyni səhnəni isə Əməkdar artist Abbas Bağırov paylaşıb. Müğənnilər məclisdə dillərdə əzbəri olan "Sən gəlməz oldun" nəğməsini duet şəklində ifa ediblər.  

Sibel ifasını yekunlaşdırdıqdan sonra Abbas onu səhnədə təriflərə qərq edib. Türk ulduzu isə azərbaycanlı müğənninin xoş sözlərinə görə təşəkkürünü bildirib.  

Abbas həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Qeyd edək ki, Sibel Can 8 mart beynəlxalq "Qadınlar günü"ndə Bakı Konqres Mərkəzində canlı solo konsert proqramı ilə də çıxış edib.