İdman 14:42 05.06.2023

Sierra Leone millisinin futbolçusunun Azərbaycan dövlətinə borcu var

"Keşlə” futbol klubunun (İndiki "Şamaxı") keçmiş oyunçusu Con Kamaranın Azərbaycanda məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, futbolçu ilə bağlı iddianı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin Bakı Şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi qaldırıb.

İş Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır. 

Araşdırmalarımız zamanı məlum olub ki, Con Kamaranın 7539.38 AZN vergi borcu var. 

Qeyd edək ki, Con Kamara 2019-cu ildə Qazaxıstanın "Kaysar" klubundan "Keşlə"yə keçib. Sierra Leonedən olan 35 yaşlı yarımmüdafiəçi 2022-ci ildə ölkəmizi tərk edərək Rumıniyanın "Politexnika" klubuna keçib. Onun son iş yeri Yunanıstanln "Eqaleo" klubu olub. Com Kamara indiyədək Sierra Leone millisində 21 oyun keçirib və 1 qol vurub.

Seyid