Dünya 14:05 24.03.2023

Sistan və Bəlucistandakı gülləbaranda neçə nəfər ölüb? - “Qanlı cümə” ilə bağlı yeni məlumatlar

İranın Sistan və Bəlucistan vilayətinin inzibati mərkəzi olan Zahedan, həmçinin Xaş şəhərində törədilən qanlı olay zamanı 121 nəfərin öldürüldüyü təsdiqlənib. 

Qaynarinfo xəbər verir ki, söhbət ötən il sentyabrın 30-da baş verən və "qanlı cümə günü” kimi yadda qalan olaylardan gedir. Həmin vaxt İranın təhlükəsizlik qüvvələri azyaşlı bəluc əsilli qızın polis rəisi tərəfindən zorlanmasına etiraz edən dinc insanları gülləbaran edib. Elə həmin vaxt yayılan məlumatlarda ən azı 90 nəfərin öldürüldüyü bildirilirdi.
 


Bu günlərdə aparılan dəqiqləşdirmələr nəticəsində məlum olub ki, ölənlərin sayı daha artıqdır. Hazırda 121 nəfərin şəxsiyyəti müəyyənləşib. Lakin ölənlərin daha çox olması ilə ehtimal edilir. 

Ölənlərin şəxsiyyətinin müəyyənlşdirilməsi o qədər də asan deyil. Məsələ burasındadır ki, Sistan və Bəlucistan vilayəti sünni çoxluğun yaşadığı bölgədir. Bu bölgədə insanlar ən elementar hüquqlarından məhrumdur. Onlara hətta şəxsiyyəti təsdiq edən sənəd belə verilmir. Hər halda iranlı mənbələr belə iddia edir. 

İran hakimiyyəti "qanlı cümə günü”nə görə məsuliyyəti üzərindən atır. Hakimiyyətin iddiasına görə, hadisəni törədən "Ciş əl-Ədl” qurpudur. Bu qrup Bəlucistan Milli Qurtuluş Ordusunun bir qanadıdır. Bəlucistan Milli Qurtuluş Ordusu 2000-ci ildə Pakistanda yaradılıb. Pakistan hökuməti onu terror təşkilatı elan edib. 

Lakin Zahedan şəhərinin sünni imamcüməsi Mövləvi Əbdülhəmid hesab edir ki, "qanlı cümə günü”nə görə İranın ali rəhbəri Seyid Əli Xameneyinin məsuliyyət daşıyır.

Seyid